Serj Sarkisyan istefa verdi​

Yerevanda baş verən etirazların fonunda Ermənistanın baş naziri Serj Sarkisyan istefa verməyə məcbur olub.

Bu barədə Ermənistan baş nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, namizədliyi hakim Respublikaçılar və Daşnaksütyun partiyası tərəfindən irəli sürülən Serj Sarkisyan aprelin 17-də parlamentin xüsusi iclasında baş nazir seçilmişdi.

DİGƏR XƏBƏRLƏR

Top