ABŞ-ın Qüdsdəki səfirliyi mayın 14-də açılacaq.
Yeniavaz.com-un “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, bunu İsrailin Rusiyadakı səfirliyinin press-attaşesi Aleks Qandler deyib.
Onun sözlərinə görə, ABŞ-ın Qüdsdəki səfirliyi mayın 14-də, İsrailin müstəqillik günündə açılacaq. Diplomat mərasimdə çox vacib qonaqların iştirak edəcəyinin gözlənildiyini qeyd edib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp ötən il dekabrın 6-da Qüdsü İsrailin paytaxtı kimi tanımaq barədə qərar qəbul edib.