Yaşayış evlərinin 1 kv.metrinin tikintisi 476 manata başa gəlib

Ötən il bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 2 milyon 14,7 min kvadrat metr olan yeni yaşayış evləri tikilib istifadəyə verilib.

Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, istifadəyə verilən ümumi sahənin 102,9 min kvadrat metri doğma yurdlarını tərk edən məcburi köçkünlər üçün tikilən evlərin payına düşür.

İl ərzində mənzil tikintisində istifadə edilən vəsaitin həcmi 960,3 milyon manat olub, onun 149,8 milyon manatı dövlət, 810,5 milyon manatı isə qeyri-dövlət mülkiyyətində olan müəssisə və təşkilatların, habelə əhalinin payına düşüb.

Ölkə vətəndaşları mənzil şəraitlərinin yaxşılaşdırması məqsədilə şəxsi vəsaitləri hesabına 2017-ci ildə 11,5 min yaşayış evi tikilib ki, onların əksəriyyəti Naxçıvan Muxtar Respublikasında, Bakı, Sumqayıt və Lənkəran şəhərlərində, Abşeron, Şəmkir, Sabirabad, Qazax, Cəlilabad və Tovuz rayonlarında inşa edilib.

DİGƏR XƏBƏRLƏR

Top