AMİP-in "şinelindən" çıxan məşhurlar - SİYAHI

Prezidentin Xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədovun baş nazir təyin olunmasından sonra yeni hökumət başçısının siyasi keçmişi mətbuatın müzakirə mövzusuna çevrilib.

Bildiyimiz kimi, yeni baş nazir ötən əsrin 90-cı illərində ölkənin aparıcı müxalifət partiyalarından olan Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) üzvü olub. Novruz Məmmədovun baş nazir olmasından sonra vaxtı ilə AMİP üzvü olub sonradan müxtəlif vəzifələrə təyin olunan digər şəxslər də yenidən gündəmə gəlib.

Yeniavaz.com vaxtı ilə müxalifət partiyasına - AMİP-ə üzv olub, sonradan bu partiyanı tərk edən tanınmış şəxslərin siyahısını təqdim edir:

Mübariz Qurbanlı - Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının və İdarə Heyətinin üzvü, partiyanın icra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri

Qabil Hüseynli - Azərbaycanın keçmiş Dövlət Müşaviri

Vilayət Quliyev - keçmiş Xarici işlər naziri, Azərbaycanın Macarıstandakı səfiri

Nazim İmanov - Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun direktoru

Rasim Əliquliyev - Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun direktoru

Abutalıb Səmədov - Azərbaycan Dövlət Qaçqınlar Komitəsinin keçmiş sədr müavini, Müəllif Hüquqları Agentliyinin keçmiş sədri, Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini

Rauf Tağıyev - Dövlət Əmək Müfəttişliyinin keçmiş rəisi, “Azərsu” ASC-də şöbə müdiri

Babək Hüseynoğlu - Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin (AzTV) keçmiş sədri

Gündüz Cəlilov - Xətai rayon İcra Hakimiyyətinin keçmiş başçısı

Eldar Salayev - Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti

Elçin Əfəndiyev - Baş nazirin keçmiş müavini

Etibar Babayev - "Spays" televiziyasının keçmiş direktoru

Şadman Hüseyn - keçmiş Millət vəkili

Rauf Mirqədirov - tanınmış şərhçi, jurnalist

Fuad Ağayev - tanınmış hüquqşünas, vəkil

Əli Əliyev - Vətəndaş və İnkişaf Partiyasının sədri

Elşad Musayev - Böyük Azərbaycan Partiyasının sədri

İlqar Məmmədov - REAL Alternativ Partiyasının sədri (hazırda həbsdədir)

Gülnarə Qurbanova - keçmiş millət vəkili (Şıxəli Qurbanovun qızı)

Firudin Cəlilov - keçmiş Təhsil naziri

DİGƏR XƏBƏRLƏR

Top