İrəvan Dövlət Universitetinin tələbələri aprelin 23-də etiraz aksiyalarına başlayıblar. Yeniavaz.com-un Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, onlar universitetin əsas korpusunun binası qarşısında toplanıblar. Tələblər “Müəllim, qoşul” şüarları səsləndirirlər. Qeyd edək ki, hazırda etiraz aksiyaları paytaxtın müxtəlif hissələrində, o cümlədən Baqramyan prospektində, Orbeli küçəsində, Açapnyak rayonunda keçirilir. Xatırladaq ki, Serj Sarkisyanın Baş nazir postuna seçilməsinə etiraz əlaməti olaraq keçirilən aksiyalar11 gündür davam edir.