Aİ: "İrəvanda qanunsuz həbs olunanlar dərhal azad olunmalıdır"

Avropa İttifaqı Ermənistanda icazəsiz mitinqlər keçirdiklərinə görə, saxlanılan müxalifətçilərin azad olunmasını tələb edib.

Aİ bütün tərəfləri təmkinli olmağa çağırıb.

Bu haqda Avropa İttifaqının (Aİ) xarici siyasət xidməti nümayəndəsinin bazar günü yayılan bəyanatında deyilir.

Bəyənata əsasən, bazar günü küçə toqquşmaları zamanı 228 fəalın saxlanıldığı bildirilib.

“Qanuni azad toplaşmaq hüquqlarını icra edən zaman qanunsuz olaraq tutulan hər kəs dərhal azad olunmalıdır”, - deyə qeyd olunub. oxu.az

DİGƏR XƏBƏRLƏR

Top