Yeni “Qaçqınkom” sədrindən ilk açıqlama: “Bu problemlər artıq keçmişdə qalıb”

“Azərbaycanda qaçqın və məcburi köçkünlərin problemləri, onların həlli hər zaman Cənab Prezidentin diqqət mərkəzində olub. Mən də bu məsuliyyətli işdə əlimdən gələni edəcəyəm ki, Prezidentin etimadını doğruldum”. Bu sözləri Qaçqın və Məcburi Köçkünlərin İşi Üzrə Dövlət Komitəsinin yeni sədri Rövşən Rzayev söyləyib.

Köçkünlər üçün inşa olunan mənzillərin bölgüsündəki neqativ hallarla bağlı da məsələyə aydınlıq gətirən yeni sədr bildirib ki, artıq bu problemlər keçmişdə qalmış hesab edilə bilər:

“Hesab edin ki, artıq bu məsələlər öz həllini tapıb. Qısa zamanda bunun şahidi olacaqsınız”. gununsesi

DİGƏR XƏBƏRLƏR

Top