İrandakı ərəblər ayağa qalxdı: 150 nəfər saxlanıldı

İranda ərəblərin sıx yaşadığı Huzistan vilayətində son həftələr ərzində keçirilən etiraz aksiyalarında təqribən 150 nəfər saxlanılıb. Yeniavaz.com-un “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, aksiyalar dövlət televiziyasında yayımlanan bir proqrama etiraz əlaməti olaraq keçirilir. Belə ki, martın 22-də yayımlanan “Qırmızı başlıq” verilişində ölkədəki xalqların etnik mənsubiyyətini göstərən xəritədə ərəblərə yer verilməyib. Bu, İranda yaşayan ərəblər tərəfindən irqçilik və ayrı-seçkilik kimi dəyərləndirilib.

DİGƏR XƏBƏRLƏR

Top