Ermənistanın daha üç şəhərində etiraz aksiyası başlayıb

Yerevanda Serj Sarqsyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyalarında saxlanılan şəxslərin sayı 62-yə çatıb.

Bunu Ermənistan Poisi İnformasiya və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aşot Aqaronyan bildirib.

Həmçinin, bu gün Eçmiədzin şəhərində də yüzlərlə sakin etiraz aksiyalarına çıxıb. Yerli KİV-lərin məlumatına görə, aksiya iştirakçıları şəhərin mərkəzi küçələrini bağlayıb, hökumətə qarşı şuarlar səsləndirir, əlahini etiraza çağırırlar.

Gümri və Banadzor şəhərlərində də etirazçılar küçələrə çıxıb, lakin hələlik polislə toqquşma barədə məlumat yoxdur.

Qeyd edək ki, Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın baş nazir vəzifəsinə təyin olunmasına qarşı kütləvi etiraz aksiyaları aprelin 13-dən başlayıb. Report

DİGƏR XƏBƏRLƏR

Top