Cənab başçının cənab müavini? - Rüsvayçı yaltaqlıq

Əcəb işə düşmüşük. Millət qalıb bu "cənab"ların əlində. Yeri gəldi-gəlmədi, hər kəsin adının qabağına bir "cənab" sözü yamayırlar. Bu sözləri xalq şairi, Azərbaycan Dil Qurumunun başqanı Sabir Rüstəmxanlı son zamanlar çoxlarının "cənab" xitabını hər xırda məmura aid etməsindən danışarkən deyib.

S.Rüstəmxanlı bildirib ki, sanki millətin ruhuna yaltaqlıq və köləlik vərdişləri calaq edilib: "Son dəfə eşitdiyim lap fantastikadır! "Cənab başçının cənab birinci müavini!" Bu bir kiçik məmurun müraciəti idi. Belə gedirsə, bir azdan "Cənab başçının cənab birinci müavininin cənab köməkçisi!" kimi müraciətlər də eşidəcəyik".Axar.az

DİGƏR XƏBƏRLƏR

Top