Bakıda yaşayış binası yanır

Bakıda yaşayış binası yanır.

Şahidlərin verdiyi məlumata görə, hadisə paytaxtın Hüseyn Cavid prospekti 186 ünvanında qeydə alınıb.

Həmin ünvanda yerləşən yaşayış binasının 2-ci mərtəbəsindəki mənzillərdən birində meydana gələn yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Yanğının fotoları sosial şəbəkələrdə yayılıb. APA

DİGƏR XƏBƏRLƏR

Top