ABŞ Ankaranı sanksiyalarla hədələdi

Ankara Rusiyadan “S-400” zenit-raket komplekslərini alsa, ölkəyə qarşı “CAATSA” çərçivəsində sanksiyalar tətbiq oluna bilər. Bunu ABŞ dövlət katibinin köməkçisi Uess Mitçel Konqresin xarici işlər üzrə komitəsinə verdiyi ifadədə bildirib.

“Ankara iddia edir ki, Rusiyanın “S-400” raket sistemlərinin alınması ilə bağlı razılığa gəlib. Bu “CAATSA” (Amerika düşmənlərinə qarşı sanksiyalar yolu ilə əks tədbirlər aktı) 231-ci maddəsinin tələblərinə əsasən Türkiyəyə qarşı sanksiyaların tətbiqi ilə nəticələnə bilər və Türkiyənin “F-35” proqramında iştirakına mənfi təsir göstərə bilər”, - deyə Mitçel vurğulayıb. oxu.az

DİGƏR XƏBƏRLƏR

Top