Türkiyədə növbədənkənar prezident seçkilərinin tarixi açıqlandı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla MHP sədri Dövlət Baxçalı arasında keçirilən görüşdən sonra ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı qərar verilib. Yeniavaz.com xəbər verir ki, bu barədə Ərdoğan görüşdən sonra keçirdiyi mətbuat konfransında bildirib.

Seçkilərin 24 iyun 2018-ci il tarixdə keçirilməsi ilə bağlı qərar verildiyi diqqətə çatdırılıb.

Qeyd edək ki, Türkiyədə prezident seçkiləri 2019-cu ilin 3 noyabrında keçirilməli idi.

DİGƏR XƏBƏRLƏR

Top