İran yeni silahını nümayiş etdirib


İran yeni “Kamin-2” raket hücumundan müdafiə sistemini təqdim edib. Yeniavaz.com-un “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, sistem ölkədə Ordu Günü münasibətilə keçirilən hərbi paradda nümayiş etdirilib. Yeni sistem alçaq hündürlükdə uçan pilotsuz aparatları vurmaq iqtidarındadır. “Kamin-2” “Mersad” kompleksinin yenilənmiş versiyasıdır. Hərbi parad zamanı, həmçinin “Zülfüqar” tankının son versiyası, hərbi maşınlar, artilleriya və digər silahlar təqdim olunub.

DİGƏR XƏBƏRLƏR

Top