ABŞ İrəvandakı aksiyalara münasibət bildirdi


ABŞ Dövlət Departamenti Ermənistanda keçirilən etiraz aksiyalarına rəsmi münasibət bildirib. Yeniavaz.com-un Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, Dövlət Departamentinin bəyanatında bildirlir ki, vətəndaşlar özlərinin ifadə azadlığı hüquqlarını reallaşdırmaq istəyirlər. Bəyanatda deyilir: “Biz gördük ki, İrəvanda və Ermənistanın digər şəhərlərində xeyli sayda etiraz aksiyası keçirilir. Minlərlə Ermənistan vətəndaşı küçələrə çıxıblar ki, ifadə azadlığı və mitinq keçirmək hüquqlarını həyata keçirsinlər. Biz İrəvanın mərkəzində və Ermənistanın digər şəhərlərindəki etiraz aksiyalarını diqqətlə izləyirik”.

DİGƏR XƏBƏRLƏR

Top