DİQQƏT: Sabah “İçərişəhər”də bütün muzeylərə giriş pulsuz olacaq

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” münasibətilə aprelin 18-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tabeliyində fəaliyyət göstərən bütün muzeylərdə açıq qapı günü elan edib.

İdarədən verilən məlumata görə, açıq qapı günü Bakı sakinləri və şəhərimizin qonaqları İçərişəhərdə yerləşən Qız Qalası, Şirvanşahlar Sarayı Kompleksi, Sıratağlı Dini-Memarlıq Kompleksi, Numizmatika ekspozisiyası, Tahir Salahovun ev-muzeyi, Bəylər məscidi “Müqəddəs əmanətlər” ekspozisiyası, habelə “Qala” Qoruğu ərazisində fəaliyyət göstərən Qala Arxeoloji-Etnoqrafik muzey kompleksi, Əntiq əşyalar muzeyi ekspozisiyaları ilə ödənişsiz tanış olmaq imkanını əldə edəcəklər. Muzeylər saat 10:00-dan 19:00-dək fəaliyyət göstərəcək.

DİGƏR XƏBƏRLƏR

Top