Mingəçevirdə əhalinin saxladığı heyvanlar müayinə olunur

Mingəçevirdə ətraf ərazilərdə əhalinin saxladığı heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı aparılan profilaktik tədbirlərin səmərəliliyini və effektivliyini təmin etmək məqsədi ilə növbəti peyvəndləmə və müayinə işlərinə başlanılıb. Mingəçevir Şəhər Baytarlıq İdarəsinin rəisi Talıb Talıbov Yeniavaz.com saytına bildirib ki, yanvar ayında 2400-dən yuxarı dabaq və qara yara əleyhinə vaksinlər vurulub: “Bu gün isə Baytarlıq İdarəsinin mütəxəssisləri tərəfindən iribuynuzlu heyvanlarda nodulyar dermatitə qarşı hal-hazırda vaksinlər vurulur, itlərdə quduzluğa, xırda buynuzlu heyvanlarda isə qara yara əleyhinə peyvəndləmə işlər aparılır. 300-ə yaxın itlərə quduzluq əleyhinə peyvənd vurulub. Xırda buynuzlu 600-dən yuxarı heyvanlara vaksinlər vurulmaqda davam edir. Bu tədbirlər bu ayın axırına qədər davam edəcək”.

Baytarlıq İdarəsinin rəisi onu da deyib ki, bu il ərzində şəhər ətrafı bölgələrdə heç bir təhlükəli infeksion xəstəlik aşkar olunmayıb.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top