Niyə Bakıda internetin verilişində fasilə yaranıb?

Təxminən iki saat ərzində Bakının bir neçə rayonunda internet olmayıb.

İnternet saat 13:05-də yenidən aktivləşib.

Yerli provayderlər paytaxtda internet problemi olduğu xəbərini təsdiq etsələr də, bunun səbəbini açıqlamaqdan imtina ediblər.

Azərbaycanın İnternet Forumunun rəhbəri Osman Gündüz internetin itməsi səbəbini belə izah edib:

“Bakıda “AzerTelecom”dan internet alan bir neçə provayder var. Problemlər məhz orada baş verib. Yaranmış problem qısa müddət ərzində həll olunub. Məhz bu səbəbdən Bakıda bir neçə rayonda internet olmayıb”.

Azərbaycanın Rabitə və Yüksək texnologiyalar Nazirliyindən saytımıza verilən məlumata görə, hazırda internetin ötürülməsində problem yoxdur. Oxu.az

DİGƏR XƏBƏRLƏR

Top