İranlılara qarşı “sevgi” yol müfəttişinə baha başa gəldi

İranlı turistlərin qəniminə çevrilən polis əməkdaşı daxili işlər orqanlarındakı işindən məhrum olub. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində Baş İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Əliyev, Səbail rayon Şöbəsinin müfəttişinin işdən qovulmasını bildirib ki, yol polisində qonşu İrandan olan turistin şikayətinə baxıldıqdan sonra müvafiq qərar qəbul edilib.

Qeyd edək ki, qanunsuz fəaliyyətə görə yol polisinin rəisi cəzalandırılıb. Serjant isə işdən qovulub. Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Dövlət Yol Polisinin Səbail Rayon şöbəsinin rəisi, polkovnik-leytenant Cəmşid Hənəfiyevə töhmət elan edilib.

Rüfət Quliyevin sözlərinə görə, barəsində bəhs edilən insident mart ayının bayram günlərində baş verib. Polisə müraciət edən İran vətəndaşı bildirib ki, yol polisinin əməkdaşı onun idarə etdiyi nəqliyyat vasitəsini qanunsuz olaraq saxlayaraq, ondan sənəd tələb edib. Şikayətçi qeyd edib ki, polis əməkdaşı onun vaxtını alıb və əsəbiləşməsinə səbəb olub.

“Faktla bağlı araşdırma aparılıb və müəyyən edilib ki, həqiqətən də, yol polisinin əməkdaşı bir neçə dəfə dislokasiya yerini tərk edərək, avtomobilləri təqib edib. Bu zaman onun fəaliyyəti ancaq İran vətəndaşı olan sürücülərə qarşı yönəlib. Biz bunu necə izah edəcəyimizi bilmirik. Amma müəyyən edilib ki, polis əməkdaşının turistləri saxlamaq və onlardan sənəd tələb etmək üçün əsası olmayıb” – deyə Rüfət Quliyev əlavə edib.

Mətbuat xidmətinin rəhbəri onu da vurğulayıb ki, ancaq DYP-nin stasionar postlarında avtomobilləri saxlamaq və sürücülərdən sənəd tələb etmək olar. Mobil patrullar isə ancaq fövqəladə hallarda dislokasiya yerini tərk edə və maşınları izləyə bilər. Buna da, ancaq cinayət törədildiyi halda icazə verilir. Sputik.az

DİGƏR XƏBƏRLƏR

Top