Yerevanda toqquşma: etirazçıların lideri yaralandı


Yerevanda Serj Sarkisyanın baş nazir seçilməsinə etiraz edən nümayişçilərə rəhbərlik edən “Mənim addımım” təşəbbüsünün lideri, deputat Nikol Paşinyan toqquşmada yaralanıb. Yeniavaz.com-un Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, N. Paşinyan “Nairi” xəstəxanasına çatdrılıb. Bu arada polis etirazçıların cəmləşdiyi Baqramyan prospektinə əlavə qüvvələr və su şırnaqları toplayır. Polis mitinqi dayandırmağı tələb edib, əks halda güc və xüsusi vasitələri tətbiq edəcəyini bəyan edib.

DİGƏR XƏBƏRLƏR

Top