Hazırda Rusiya və Qərb arasında münasibətlər soyuq müharibə dövründəkindən daha pisdir, çünki əvvəllər tərəflər arasında əlaqə kanalları işləyirdi.
Yeniavaz.com-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. Onun sözlərinə görə, münasibətləri daha da pisləşdirən digər amil hazırda Qərbdə rusofobiya mübtəlalığının geniş yayılmasıdır: “Bu, sanksiyalar vasitəsilə soyqırım cəhdinə oxşayır”.
S. Lavrov ümid etdiyini bildirib ki, hakimiyyətdəkilər daxil olmaqla, Qərbdəki insanlar bu vəziyyətin təhlükəliliyini başa düşürlər.