Ronaldo Kardaşyan irəlilədilər...

Son 4 ay ərzində dünyanın ən populyar sosial şəbəkələrindən biri olan "İnstagram"da ən çox "izləyici" ("follower") sayı olan şəxslərin il 10-luğunda dəyişiklik olmayıb. Yeniavaz.com statista.com-un məlumatına istinadən bildirir ki, 10-luğu yeni şəxslər daxil olmasa da, əvvəlki şəxslərin "izləyici" sayında dəyişikliklər olub. "İzləyici" sayının artması hesabına 4 ay əvvəl 4-cü sırada olan məşhur futbolçu Kriştiano Ronaldoya məxsus olan "Cristiano Ronaldo" adlı hesab 3-cü sıraya yüksəlib. Ronaldoya məxsus "İnstagram" hesabını "izləyən"lərin sayı 113 milyondan 118,9 milyona yüksəlib. "İzləyici" sayının artması hesabına ilk 10-luqdakı yerini yaxşılaşdıranlardan biri də Kim Kardaşyan olub. Kardaşyanı "izləyən"lərin sayı 103,4 milyondan 106,1 milyona yüksəldiyi üçün "İnstagram"dakı "Kim Kardashian" adlı hesabın ilk 10-luqdakı mövqeyi 7-ci sıradan 6-cı sıraya yüksəlib.

Məlumat üçün bildirək ki, 2010-cu ildə Kevin Sistrom tərəfindən qurulan və 2012-ci ildə "Facebook" tərəfindən 1 milyard dollara satın alınan "İnstagram"ın 800 milyondan çox istifadəçisinin olduğu bildirlir.

Hazırda "İnstagram"da ən çox "izləyici"si olan hesab elə "İnstagram"ın özünə məxsus olan eyni adlı hesabdır. Sosial şəbəkədəki "İnstagram" hesabının 230,6 milyon "izləyici"si var. İkinci sırada isə Amerikalı aktyor və müğənni Selena Qomezə məxsus olan "Selena Gomez" adlı hesabdır. Məşhur aktyorun adı ilə bağlı olan bu hesab 132,5 milyon "izləyici" ilə ikinci sırada yer alır.

Bütün dünya üzrə ən çox "izləyici"si olan 10 "İnstagram" hesabını təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top