Putinin qrup yoldaşına məxsus bankın lisenziyası geri alındı


Rusiya Mərkəzi Bankı “Birləşmiş Maliyyə Kapitalı” bankının (“Объединенный финансовый капитал” (“ОФК Банк”) lisenziyasını geri çağırıb. Yeniavaz.com-un “Vedemosti” qəzetinə istinadən verdiyi məlumata görə, bankın riskli biznes-modellərin istifadəsi ilə bağlı fəaliyyətində problemlər yaranıb. O, aktivlərinin olduqca aşağı olması ilə əlaqədar iqtisadi cəhətdən məqsədəuyğun sayılmayıb. Bank aktivlərin həcminə görə Rusiyanın bank sistemində 127-ci yeri tutub. “Birləşmiş Maliyyə Kapitalı” bankı doqquz fiziki şəxsə məxsus olub. Səhmlərin ən böyük paketi (25 faiz) Nikolay Yeqorova aiddir. O, Rusiya Prezidenti Vladimir Putinin qrup yoldaşı olub.

DİGƏR XƏBƏRLƏR

Top