Etirazçılar İrəvanın əsas yollarını bağlayıblar - CANLI YAYIM

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın namizədliyinin baş nazir vəzifəsinə irəli sürülməsinə etiraz edənlər İrəvanda bir sıra avtomobil yollarını bağlayıblar.

Yeniavaz.com-un “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, yollarda maşınlar sürücüsüz və qəza siqnalları ilə işlək vəziyyətdə qoyulub. İnsanlar asfaltın üzərinə uzanaraq ictimai nəqliyyat daxil olmaqla avtomaşınları buraxmırlar.

Şəhərin mərkəzi üzrə hərəkət demək olar dayandırılıb. Ermənistan parlamentinin deputatı, müxalif “Yelk” partiyasının sədri Nikol Paşinyan İrəvan sakinlərini kütləvi vətəndaş itaətsizliyinə çağırıb.

Son məlumata görə, İrəvanda “Mercedes” və “Hammer” avtomobillərindən çıxan gənc şəxslər etirazçı tələbələri söyərək onlara zərbə endirməyə başlayıb.

video

DİGƏR XƏBƏRLƏR

Top