"Trampı inandırdıq, türkləri ruslardan ayırdıq"

Fransa prezidenti Emmanuel Makron ABŞ, Böyük Britaniya və ölkəsinin Suriya əməliyyatını olduqca uğurlu adlandırıb.

O, eyni zamanda, bu əməliyyatla müttəfiqləri Türkiyəni Rusiyadan ayırdıqlarını bildirib.

“Biz bu əməliyyatla türkləri ruslardan ayırdıq. Türklər Suriyadakı kimyəvi silahları və onlardan istifadəni qınadı”, - deyə o əlavə edib.

Makron bununla yanaşı, ABŞ prezidenti Donald Trampı Suriyadan geri çəkilməməyə, öz əsgərlərini oradan çıxarmamağa inandırdığını iddia edib:

“10 gün öncə Tramp “ABŞ Suriyadan çəkilməlidir”, - deyirdi.

Ancaq şəxsən mən özüm onu Suriyada qalmanın gərəkli olduğuna inandırmağa çalışdım və inandırdım”. Oxu.az

DİGƏR XƏBƏRLƏR

Top