
Rusiyada baş verən yol qəzasında dörd nəfər ölüb. RİA “Novosti” agentliyinin məlumatına görə, aprelin 14-də saat 23.15-də Yeni Moskva yolunun Novofyodorovsk yaşayış məntəqəsindən keçən hissəsində “VAZ 21124” markalı minik avtomobili aşaraq yanıb. Nəticədə sürücü və üç sərnişini yanaraq ölüb. Faktla bağlı araşdırma aparılır.APA
Tətbiqimizi yükləyə bilərsiniz