İsveçdə dünyanın ilk elektrikli yolu istifadəyə verildi

İsveçdə elektriklə işləyən avtomobillərin batareyalarını enerji ilə dolduran, dünyanın ilk elektrikli yolunu sürücülərin ixtiyarına verilib. Yeniavaz.com-un xarici mediaya istinadən verdiyi xəbərə görə, bu yoldan istifadə edən sürücülər avtomobillərini saxlamadan eneji doldura biləcəklər. 2 kilometr uzunluğunda olan yolun İsveç kökuməti tərəfindən daha da genişləndirilməsi nəzərdə tutulub. Yolda ilk test sürüşünü "PostNord" adlı nəqliyyat şirkəti edib.

Juiced roads: Volvo explores electric power for trucks, buses

Elektrikli yol layihəsinin rəhbəri Hans Sall bildirib ki, bu cür yol tramvay sistemindən 50 dəfə ucuz başa gəlməklə yanaşı, avtomobillərin havaya buraxdığı zərərli qazların da miqdarını azaldacaq.

DİGƏR XƏBƏRLƏR

Top