ABŞ Suriyada kimyəvi silahdan istifadəni sübuta yetirəcəyini iddia edir

ABŞ Suriyanın Duma şəhərində aprelin 7-də xlor və zarindən istifadə edildiyini sübuta yetirə biləcək informasiyaya malik olduğunu bəyan edib. “RİA Novosti”-nin xəbərinə görə, bu barədə ötən gün jurnalistlərə ABŞ prezidenti administrasiyasının nümayəndəsi bildirib. “Malik olduğumuz informasiya xlor və zarindən istifadə edildiyinə işarə edir, bu vasitələr kimyəvi silah hesab edilir”, - deyə məmur qeyd edib.

Qeyd edək ki, bundan əvvəl Qərb Dəməşqi Duma şəhərində kimyəvi silahdan istifadə etməkdə ittiham edib. Buna cavab olaraq ABŞ, Britaniya və Fransa aprelin 14-nə keçən gecə Suriyanın hərbi və mülki obyektlərinə 100-dən çox raket buraxıb. Rusiya tərəfi iddia edir ki, Suriya Hava Hücumundan Müdafiə sistemləri raketlərin əksəriyyətini hədəfə çatmadan məhv edib.APA

DİGƏR XƏBƏRLƏR

Top