BMW-ni insanların üzərinə sürdü - 6 yaralı

İngiltərənin Esseks qraflığında 6 nəfərin xəsarət alması ilə nəticələnən yol qəza hadisəsi qeydə alınıb. Bu barədə “Essexlive” portalı məlumat yayıb. Məlumata əsasən, qəza nəticəsində xəsarət alanların hamısı gənc oğlanlardır. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti ağır olaraq qiymətləndirilir. Şahidlərin sözlərinə görə, avtomobilin sürücüsü idarəetməni itirib və piyada keçidindən keçən insanların üzərinə çıxıb. Polis ərazidə qismən hərəkəti məhdudlaşdırıb. Hazırda faktla bağlı araşdırma aparılır. Qafqazinfo

DİGƏR XƏBƏRLƏR

Top