Suriya üzrə Türkiyə-İran-Rusiya formatına qarşı yeni format yaradılır

Almaniya və Fransa Suriyada münaqişənin siyasi həllinin axtarışı üzrə nüfuzlu ölkələrin cəlb edilməsi ilə yeni formatın təşəbbüskarı olmaq niyyətindədir. Yeniavaz.com-un TASS agentliyinə istinadən verdyi məlumata görə, bunu Almaniyanın xarici işlər naziri Hayko Maas deyib. O bildirib: “Biz Fransa ilə birlikdə siyasi prosesə yeni impuls verəcək nüfuzlu ölkələrin cəlb edilməsi ilə beynəlxalq formatın yaradılması ilə məşğul olacağıq”. H. Maas qeyd edib ki, aprelin 15-də Londonda Suriya üzrə ABŞ, Fransa, Böyük Britaniya və Almaniya arasında danışıqlar keçiriləcək: “Danışıqlar zamanı gələcək fəaliyyəti koordinasiya edəcəyik”. Onun sözlərinə görə, Cenevrə, Astana və Soçidə keçirilmiş danışıqlar münaqişənin siyasi həllini yaxınlaşdırmayıb.

DİGƏR XƏBƏRLƏR

Top