“Qarabağ”Topaz Premyer Liqasının 23-cü turunda Gəncədə “Kəpəz”in qonağıdır. Matçın gedişində xoşagəlməz hal baş verib. Belə ki, görüşün 35-ci dəqiqəsində yerli fanatlar Ağdam klubunun futbolçusu Donald Gerryeyə yad əşyalar atıblar. Fanatlardan biri onun başına daşla vurub. Yerə yıxılan haitili futbolçuya həkim yardım göstərib. Yarımmüdafiəçi oyunu davam etdirə bilib.