Yerevanda etirazçılar radiostansiyanı ələ keçirdilər

Ermənistanda Serj Sarkisyanın namizədliyinin ölkənin Baş naziri vəzifəsinə irəli sürülməsinə qarşı olan yürüş iştirakçıları Yerevanın mərkəzində radiostansiyasının binasına soxulublar. Yeniavaz.com-un “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, Yerevanın Fransa meydanına toplaşmış nümayişçilər Ermənistanın Respublika Partiyası Şurasının S. Sarkisyanı Baş nazir postuna namizədliyini təsdiq etdikdən sonra yürüş təşkil ediblər. Nəticədə yüzə yaxın etirazçı Ermənistan İctimai Radiosunun binasına zorla daxil olub. Polislərdən biri slahını çıxartsa da, atəş açmayıb. Aksiya iştirakçıları radiostansiyanın studiyalarının birində yerləşiblər. Radiostansiyanın fəaliyyəti dayandırılıb.

DİGƏR XƏBƏRLƏR

Top