TSQ son bir həftədə 67 terrorçunu zərərsizləşdirib

Türkiyə Silahlı Qüvvələri ötən bir həftədə Türkiyə və İraqın şimalında aparılan əməliyyatlarda zərərsizləşdirilən terrorçuların sayını açıqlayıb. Türkiyə mətbuatı xəbər verir ki, aprelin 7-13-ü tarixində Tunceli, Diyarbəkir, Şırnak və İraqın şimalındakı əməliyyatlarda 67 terrorçu zərərsizləşdirilib. Məlumatda qeyd edilib ki, "Zeytin Dalı" hərəkatı başlayandan bu günə qədər 4157 terrorçu zərərsizləşdirilib.Report

DİGƏR XƏBƏRLƏR

Top