Gömrükdə tutulan narkotik vasitələrin miqdarı 47 dəfə artıb

Bu ilin yanvar-mart aylarında gömrük orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 39 fakt qeydə alınıb. Yeniavaz.com Dövlət Gömrük Komitəsindən açıqlanan statistik göstəricilərə istinadən bildirir ki, bu ilin ilk 3 ayı ərzində gömrük orqanları tərəfindən tutulan narkotik vasitələrin miqdarı 56,3 kiloqram olub. Qeyd edək ki, ötən ilin analoji dövründə gömrük orqanları tərəfindən tutulan narkotik vasitələrin miqdarı bundan 47 dəfə az olub - 1,2 kiloqram.

DİGƏR XƏBƏRLƏR

Top