38 yaşlı ata evin damına çıxaraq polislərin əlinə keçməməyə çalışıb. Onun qucağında 8 aylıq qızı vardı. Polis zabitinin damda ona yaxınlaşdığını görən qəddar ata körpə qızını aşağı atıb. CBS bildirir ki, olay Cənubi Afrika Respublikasındakı Port-Elizabet şəhərinin yaxınlığındakı Kvidisidə yaşanıb. Qanunsuz tikilmiş daxmaların sökülməsi layihəsi çərçivəsində kiçik evinin uçulmasına etiraz edən 38 yaşlı ata 8 aylıq qızını qucağına alaraq daxmasının damına çıxıb. "Yaxınlaşmayın evimə! Evimi sökməyin! Yoxsa qızımı aşağı atacağam, onu öldürəcəyəm!" - qışqıran ata polisləri yaxına buraxmırdı. Evi əhatəyə almış polis zabitlərindən biri dama çıxaraq ona yaxınlaşanda isə kişi qızını aşağı atıb. Həbs olunmuş bu şəxs övladını qətlə yetirmək cəhdində suçlanır. Milli.az