Bakıda mənzilə cakkuzini kranla qaldırdılar - VİDEO - FOTO

İlk baxışdan binanın qarşısında bir kranın olmasında qeyri-adi heç nə görünməyə bilər. Xüsusən davamlı tikinti işləri gedən Bakı kimi şəhərdə. Lakin bu kranın Nəsimi rayonu, Yusif Vəzir Çəmənzəminli 9 ünvanına gətirilməsi heç də tikinti ilə əlaqəli deyil. Məqsəd ünvanda yerləşən mənzillərdən birinə məişət əşyası qaldırmaqdır. Əşya həmin ünvanda yaşayan nazirin polkovnik oğlunun mənzilinə qaldırılmalıdır.

Kranın qaldırdığı cakkuzi o qədər böyükdür ki, onu başqa formada mənzilə daxil etmək mümkün olmayıb. Hamam avadınlığını 8-ci mərtəyə qaldırmaq üçün, nəhayət, kran çağırmaq məcburiyyətində qalıblar.

İddia edilir ki, cakkuzi müdafiə sənayesi naziri Yavər Camalovun oğlu, Nizami rayonu Mühafizə Polisi İdarəsinin rəisi, polkovnik Elşən Camalova məxsusdur. O da vurğulanır ki, E.Camalovun həmin ünvanda bir yox, bir neçə mənzili var. PressClub.Az

Cakkuzi

DİGƏR XƏBƏRLƏR

Top