Rusiya MN: “Suriyaya 100-dən çox raket buraxılıb”

“ABŞ, Britaniya və Fransa Suriyanın hərbi və mülki obyektlərinə 100-dən çox qanadlı raket və “hava-yer” raketi buraxıb”. TASS-ın xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında deyilir. Açıqlamada iddia olunur ki, Suriya Hava Hücumundan Müdafiə sistemləri raketlərin önəmli qismini hədəfə çatmadan məhv edib. Nazirlik qeyd edib ki, zərbələr ABŞ hərbi donanmasının Qırmızı dənizdəki iki gəmisindən, Aralıq dənizi akvatoriyasında taktiki aviasiya tərəfindən, eləcə Suriya ərazisindəki Ət Tanf rayonundan qalxan ABŞ-ın “B-1B” strateji bombardmançıları vasitəsilə endirilib.APA

DİGƏR XƏBƏRLƏR

Top