Dünya ölkələri Suriyada müharibənin növbəti dalğasını başlatdılar - FOTOLAR

ABŞ, Fransa və Böyük Britaniya hərbi qüvvələri Suriyada 2 hədəfi vurub.

CNN xəbər verir ki, bunu ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Cozef Danford bildirib.

“Zərbə endirdiyimiz obyektlər Suriya rejiminin kimyəvi silah proqramı ilə əlaqəlidir. Birinci hədəf Dəməşqdəki elmi tədqiqat mərkəzi olub. Burada kimyəvi silahların araşdırıması və istehsalı həyata keçirilirdi. İkinci hədəf isə Homsda yerləşən kimyəvi silah anbarı olub”,- deyə Danford vurğulayıb.

O həmçinin bu günlük hava zərbələrinin bitdiyini açıqlayıb.

Suriya ordusunun hava hücumundan müdafiə sistemi Dəməşqin 15 kilometrliyində yerləşən Kisva rayonunda koalisiyanın atdığı raketlərdən 13-nü vurub.

Bu barədə isə SANA agentliyi məlumat yayıb.

Daha əvvəl ABŞ prezidenti Donald Tramp Suriyaya hava zərbələri endirilməsi barədə əmr verib. Əməliyyatları ABŞ Fransa və Böyük Britaniya ilə birlikdə həyata keçirir.qafqazinfo

DİGƏR XƏBƏRLƏR

Top