Yerevanda Sarkisyana qarşı mitinq keçirilir

Yerevanın mərkəzində, "Azadlıq" meydanında Serj Sarkisyana qarşı mitinq keçirilir.

"News.am"-ın verdiyi xəbərə görə, mitinq "Vətəndaş Müqaviləsi" partiyası tərəfindən təşkil olunub. Aksiya Serj Sarqsyanın ölkənin baş naziri vəzifəsinə namizədliyinə etiraz olaraq təşkil edilib.

Partiya üzvləri martın 31-dən etibarən Ermənistanın şəhərlərində yürüş keçirirlər. Müxalifətçilər bəyan ediblər ki, aprel 17-də parlamentin binasını mühasirəyə alaraq deputatlara Serj Sarkisyanın baş nazir postuna səsvermədə iştirak etməyə imkan verməyəcəklər.APA

DİGƏR XƏBƏRLƏR

Top