Rusiya gürcü diplomatı arzuolunmaz şəxs elan etdi

Rusiya İsveçrənin Moskvadakı səfirliyi yanında Gürcüstanın maraqları bölməsinib əməkdaşını arzuolunmaz şəxs elan edib.

Yeniavaz.com-un RT-yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən deyiblər.

Qeyd edilir ki, bu tədbir “Skripal işi” ilə əlaqədar İsveçrənin Tbilisidəki səfirliyi yanında Rusiyanın maraqları bölməsinin əməkdaşının çıxarılması haqqında Gürcüstanın “əsassız” qərarına cavab olaraq görülüb.

Gürcü diplomat yeddi gün ərzində Rusiya ərazisini tərk etməlidir.

DİGƏR XƏBƏRLƏR

Top