“Boko Haram” mindən çox uşaq qaçırıb

Nigeriyada fəaliyyət göstərən “Boko Haram” terror təşkilatı 2013-cü ildən bu günədək təşkil etdiyi basqınlarda 1000-dən çox uşağı qaçırıb.

Yeniavaz.com-un “Anadolu” agentlyinə istinadən verdiyi məlumata görə, bu barədə BMT-nin Uşaqlara Yardım Fondundan (UNICEF) deyiblər.

Bu rəqəmə terror təşkilatının 2014-cü il aprelin 14-də internat məktəbinə hücumu zamanı qaçırılan 276 qız uşağı da daxildir.

Həmin basqında qaçırılan yüzdən çox qız şagird hələ də evlərinə qayıtmayıb.

Qeyd edək ki, “Boko Haram” 2000-ci illlərin əvvəlindən Nigeriyada fəaliyyətə başlayıb.

Təşkilat bu günədək 17 min adamın ölümünə səbəb olub.

Qruplaşma ötən ildən etibarən fəaliyyətini Kamerun, Çad, Niger və Beninə yayıb.

DİGƏR XƏBƏRLƏR

Top