İspaniyanın “Real” klubu Çempionlar Liqasının yarımfinalında Almaniyanın “Bavariya” komandası ilə qarşılaşacaq.
Yeniavaz.com-un TASS agenliyinə istinadən verdiyi məlumata görə, püşkatma İsveçrənin Nyon şəhərində baş tutub.
İkinci yarımfinalda İtaliyanın “Roma” klubu İngiltərənin “Liverpul” komandası ilə qarşılaşacaq.
İlk oyunlar aprelin 24 və 25-də, cavab oyunları isə mayın 1 və 2-də keçiriləcək. Çempionlar Liqasının finalı mayın 26-da Kiyevdə baş tutacaq.