Xaricdən gətirilən avtomobillərin sayı 2,5 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycana xaricdən 3 min 506 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.

Yeniavaz.com Dövlət Gömrük Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, bu, 2017-ci ilin yanvar-mart ayları ilə müqayisədə 2 min 75 ədəd və yaxud 2,5 dəfə çoxdur.

Hesabat dövründə sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 6 ədəd və yaxud 24% azalaraq 19-a, əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobillərinin və digər motorlu nəqliyyat vasitələrinin idxalı 1973 ədəd və yaxud 2,7 dəfə artaraq 3 min 158-ə, yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin idxalı 121 ədəd yaxud 62% artaraq 316-yə, xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 13 ədəd yaxud 2 dəfə azalaraq 13-ə düşüb.

DİGƏR XƏBƏRLƏR

Top