Rusiya XİN-i Azərbaycandakı seçkilərə bağlı açıqlama verdi

Rusiya Xarici İşlər Nazirliyi qərb təşkilatlarının Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı ilkin rəyinə münasibət bildirib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi mətbuat konfransında deyib ki, Azərbaycanda seçkiləri çoxlu sayda beynəlxalq müşahidəçi izləyib. "Bu faktdır. Onların hamısı öz fikirlərini bildirməlidir. Lakin biz yaxşı başa düşürük ki, Qərbdəki bir sıra siyasi qüvvələrin Azərbaycanda seçkilərə münasibətdə mənfi rəyi seçkilərə qədər də müşahidə olunurdu. Biz belə münasibəti Qərbdəki qeyri- hökumət təşkilatlarının simasında təkcə Azərbaycana deyil, bir sıra ölkələrə münasibətdə görürük".APA

DİGƏR XƏBƏRLƏR

Top