Makron Suriya ordusu ilə bağlı qərar verəcək

Fransa prezidenti Emmanuel Makron Suriya hökumət ordusuna hava zərbələri endirmək barədə qərar verəcək. Rus KİV xəbər verir ki, Makron bunu Duma şəhərinə edilən kimyəvi hücumlar haqda yekun sübutları əldə edildikdən sonra edəcəklərini deyib. “Bizə vaxtı çatanda mühüm qərar qəbul etmək lazım gələcək”, - deyə Makron bildirib. Prezident onu da əlavə edib ki, Fransa hakimiyyətinin əlində kimyəvi hücumun Suriya ordusu tərəfindən edildiyinə aid sübutlar var. Qafqazinfo

DİGƏR XƏBƏRLƏR

Top