Bakıda tikilməkdə olan binada baş verən yanğın söndürülüb - FOTOLAR - YENİLƏNİB

Bakıda Binəqədi rayonu, 7-ci mikrorayon Abay Kunanbayev küçəsində tikilməkdə olan binada baş verən yanğın söndürülüb. Yanğının başvermə səbəbləri aidiyyəti qurumlar tərəfindən araşdırılır.

18:57***

Bakıda bina yanıb. Yeniavaz.com-un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın Binəqədi rayonu, 7-ci mikrorayon, Abay Kunanbayev küçəsində tikintisi tamamlanmamış binada baş verib. Hadisə yerinə xeyli sayda yanğınsöndürən avtomobilləri gəlib. Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.

DİGƏR XƏBƏRLƏR

Top