"Bakıda "kirayə işi" ilə məşğul olanlar indi bu işi Türkiyədə görürlər"

Hazırda Bakıda kirayə ev axtaranlar çoxdur, ancaq elə ərazilər var ki, orada tapmaq elə də asan deyil. Bu sözləri Yeniavaz.com saytına açıqlamasında daşınmaz əmlak üzrə ekspert, Bakıda mənzillərin alqı-satqısı ilə məşğul olan Şamo Mikayılov bildirib.

Onun sözlərinə görə, Bakıda kirayə ev axtaranlar çoxdur, tələbat var, amma ev qıtlığı yaşanır: "Bakıda müəyyən adamlar var idi ki, kirayə işi ilə məşğul idilər - 10-15 ev alıb verirdilər kirayə. Həmin adamların bəziləri evləri satır və gedib Türkiyədən alırlar".

Ş. Mikayılov bildirib ki, həmin adamlar Bakıda satdıqları mənzillərin pulu ilə Türkiyədən eyni şəraitli ev alırlar: "Həmin evləri kirayə verirlər. Çünki Türkiyədə evi kirayə vermək daha əlverişlidir. Məsələn, Bakıda 100 min manat verib aldıqları evdən 500 manat kirayə haqqı alırdılarsa, həmin qiymətə Türkiyədən aldıqları evdən 1000 dollar kirayə pulu götürürlər. Bu variant onlara daha çox gəlir gətirir, daha əlverişlidir. Ona görə də çoxları bu varianta üstünlük verir".

Şamo Mikayılov hesab edir ki, Azərbaycan reallığı baxımından kirayələr heç də ucuz deyil: "Əksinə, bu dəqiqə demək olar kirayə ev yoxdur. Bunun da səbəbi Bakıdakı söküntülərdir, pilot layihələrdən çıxanlara pul verilir ki, gedin 1 illik, 2 illik kirayədə qalın. Ona görə də onlar belə deyək, axışıblar kirayəyə, ev tapmaq çətindir. Bakının demək olar çox yerində eyni vəziyyət yaşanır".

DİGƏR XƏBƏRLƏR

Top