"Övladım olmayıb, illərdir tənha yaşayıram, gözlərim görmür" - FOTO

Bugünlərdə Mingəçevirdə Heydər Əliyev adına parkda gəzərkən taqətsiz qalmış qoca bir ana ilə rastlaşdıq. Ona kömək etmək məqsədi ilə yaxınlaşıb kim olduğu ilə maraqlandıq. O, hava almaq üçün parka gəzintiyə çıxdığını bildirdi. Lakin ayaqlarının tutulduğunu və gözləri yaxşı görmədiyi üçün yolunu itirdiyini dedi. Onunla rastlaşmağımızdan sanki ürəyi dağa döndü.

Söhbət əsnasında o da aydın oldu ki, onun adı Gülavər, soyadı Aslanovadır. H. Əliyev pr. 47/2 mən. 25-də yaşayır, 84 yaşı var.

Bildirdi ki, övladı olmayıb, uzun illərdir tənha yaşayır, gözləri isə görmür: "Gözlərində problem olduğu üçün aldığı pensiyanı dərmanlara verir". Gülavər xala xəstəxanalardan da giley etdi.

Dedi ki, Mingəçevir xəstəxanasına qonşular onu göz həkiminə aparıb: "Əməliyyat olunmalıyam, imkanım olmadığı üçün əməliyyat olmamışam, özümü idarə edə bilmirəm. Mənim günahım deyil kimsəsizəm. Mənim sahibim Allahdır. Xəstələnirəm, günlərlə evdə ac-susuz qalıram. Yenə gözlərim görəndə özümü idarə edirəm. Gözlərimin görməməyi tamam məni taqətdən salıb. İmkanlı şəxslərdən kömək istəyirəm, öz pensiyamla məni əməliyyat etdirsinlər. Deyirəm kaş ölən şəhidlərimizin əvəzinə mən ölərdim. Onlar cavandılar, yaşayardılar. Hər gün şəhidlərin ruhuna dualar oxuyub sonra yatıram. Allah xatirinə mənə kömək edin".

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top