Bakıda günlük mənzil kirayəsi kəskin bahalaşıb

Bakıda mənzil kirayəsi bahalaşıb. Bunu daşınmaz əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov deyib.

Onun sözlərinə görə,qiymət artımı xüsusilə də günlük kirayə verilən mənzillərdə özünü biruzə verir.

Məsələn, yanvar-fevral aylarında günlük mənzil kirayəsi 50 mannat idisə, Novruz bayramında 70-80 manata yüksəlmişdi. Və yaxud 100 manata kirayə verilən ev bu ərəfədə 100 dollara təklif edilirdi. Ümumilikdə isə mart ayı ərzində kirayə qiymətləri 2,6 %, il ərzində isə 2% artıb. fins.az

DİGƏR XƏBƏRLƏR

Top