Ermənistan Prezidenti maaşından imtina etdi

Ermənistanın dördüncü prezidenti Armen Sarkisyan öz maaşını xeyriyyə məqsədləri üçün ayırmaq niyyətindədir.

Yeniavaz.com-un Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bunu prezidentin ofisinin məsul şəxsi Asmik Petrosyan deyib.

Qeyd edək ki, A. Sarkisyanın məvacibi 1 milyon 320 min dram təşkil edir.

O, səfir olarkən də maaşdan imtina edib.

Bundan başqa, yeni prezident hələlik xidməti mənzilində deyil, İrəvandakı öz evində yaşayacaq.

DİGƏR XƏBƏRLƏR

Top